Autizmin yaranma səbəbləri , erkən əlamətləri və müalicəsi - Canlı

10.11.2022 02:48

33 baxış

Autizm kimi tanınan autizm spektr pozuntusu erkən uşaqlıq dövründə başlayan ciddi inkişaf pozuntusudur. Ümumiyyətlə, autizmli uşaqların oturma və yerimə kimi fiziki bacarıqların inkişafında, boy və çəki artımında heç bir problem yoxdur. Əsas problem isə sosial qarşılıqlı əlaqəni, ünsiyyəti pozan, məhdud maraqlara və təkrarlanan hərəkətlərə səbəb olan davranışların olmasıdır. Bəzən xəstəliyin əlamətləri 1 yaşından əvvəl başlayır, bəzi uşaqlarda isə normal psixo-sosial inkişaf olur və ancaq “ana, ata” kimi ilk sözlər deyildikdən sonra geriləmə və inkişafda fasilə müşahidə olunur.
Bəs autizmin ilkin əlamətləri hansılardır və ən tez hansı dövrdə aşkarlana bilər? Hansı müalicə metodları ilə bu uşaqlarda maksimum nəticə əldə etmək mümkündür?  Mayak TV-nin bu suallarını psixoloq Həcər Bayramova cavablandırıb.

Ən çox oxunanlar